BMT, Avropa  İttifaqına üzv  ölkǝlǝrǝ çağırış edib

BMTŞ, Qaziantǝpdǝ törǝdilǝn terror hücumu başda olmaqla bəzi şəhərlərdə polis  mǝntǝqǝlǝrinǝ edilǝn hücumlar lǝnǝtlǝyib.

557259
BMT, Avropa  İttifaqına üzv  ölkǝlǝrǝ çağırış edib

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası, (BMTŞ) 20 avqustda Qaziantǝpdǝ törǝdilǝn terror hücumu başda olmaqla keçǝn hǝftǝ xain terror təşkilatı PKK   tǝrǝfindǝn  bəzi şəhərlərdə polis  mǝntǝqǝlǝrinǝ edilǝn   hücumlar lǝnǝtlǝyib.

Tǝhlükǝsizlik Şurasında sǝs ittihadı ilǝ qǝbul edilǝn mətbuat bildirişlərində, Qaziantǝpdǝ bir toy mǝrasiminǝ edilǝn xain hücum pislǝnib. Keçən həftə Türkiyənin bəzi şəhərlərində hǝyata keçirilǝn və çox sayda polis ǝmǝkdaşıyla dinç sakinin hǝyatını itirmǝsinǝ sǝbǝb olan terror hücumları qınanıb vǝ qanlı hadisǝlǝrdǝ ölǝnlǝrin ailǝlǝri ilǝ Türk xalqı və hökumətǝ başsağlığı verilib. Terrorizmin bütün növlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün tǝhdid qǝbul edildiyi vurğulanıb. Cinayǝtkarların cǝzalandırılmalarının lazım gǝldiyi ifadǝ edilǝn mǝtndǝ İttifaqa üzv ölkələrə terrora qarşı mübarizǝdǝ Türkiyǝ hökuməti ilə ǝmǝkdaşlıq etmǝlǝri haqda çağırış edilib.



Әlaqәli Xәbәrlәr