Obama sel bölgəsinə gedəcək

Bölgənin ən çox oxunan qəzetlərindən biri “The Advocate” tətildə olan ABŞ prezidentini fəlakət yerinə gəlməməkdə tənqid edib

555523
Obama sel bölgəsinə gedəcək

  Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama selin dağınıtlara məruz qoyduğu və insan itkisinin olduğu Luiziana ştatının Baton Rouc şəhərinə gedəcək. Bu barədə Ağ Evdən məlumat verilib. Bildirilib ki, ABŞ Daxili İşlər naziri Cei Conson hadisə yerinə getdikdən sonra prezidentə təbii fələkatə dair məlumat çatdırıb. Bundan sonra isə Barak Obama Luiziana ştatına gedəcəyini qərarlaşdırıb. Səfər avqustun 23-də olacaq. 

  Güclü yağışın sonradan selə çevrilməsi nəticəsində ölənlərin sayının 13-ə çatdığı bildirilir. 40 min ev dağılıb.

  Bölgənin ən çox oxunan qəzetlərindən biri “The Advocate” tətildə olan Obamanı fəlakət yerinə gəlməməkdə tənqid edib.

  Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp isə ötən gün selin ziyan vurduğu şəhərə baş çəkib.

  Luiziana ştatının qubernatoru Con Bel səfəri nümayişə çevirməməyə dair Trampı xəbərdar etmişdi.



Әlaqәli Xәbәrlәr