Yüzlǝrlǝ uşaq silahlandırılıb

Cənubi Sudan hökuməti, ölkədə yeni bir qarşıdurma ehtimalına qarşı ən kiçikləri 12 yaşında olan yüzlərlə uşağı silahlandırıb.

555245
Yüzlǝrlǝ uşaq silahlandırılıb

Associated Press agentliyinin BMT-yǝ mǝxsus sənədə istinad etdirdiyi xǝbǝrindǝ Cənubi Sudan prezidenti Salva Kiir Mayardit tǝrǝfindǝn vǝzifǝlǝndirilǝn yüksǝk seviyyǝli bir rǝsminin, kənddəki bütün oğlan uşaqlarını zorakılıqla silahlandırdığı bildirilib. Silah altına alınan əsgərlər arasında 12 yaşlı uşaqların olduğu, oğlan uşaqlarının silahlandırma işinin BMT Təhlükəsizlik Şurasının Cənubi Sudana dörd min əsgərdən ibarət əlavə sülh mǝramlı qüvvǝl cǝlb olunmasını nǝzǝrdǝ tutan qǝrarı ötǝn hǝftǝ tǝsdiq edilǝnǝndǝn dǝrhal sonra başladığı vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaqlara Yardım Fondu (UNICEF), Cənubi Sudanda cari ildǝ 650 uşağın silahlı qruplaşmalara qatıldığını, qarşıdurmaların başladığı 2013-ci ilin dekabr ayından bǝri  silahlandırılan uşaq sayının 16 min olduğunu bildirib.

Cənubi Sudan Ordusunun nümayǝndǝsi Lul Ruai Koanq, gǝnclǝrin orduya öz arzularıyla qatıldığını, uşaqları silahlandırma işlǝri haqqında mǝlumatlarının olmadığını qeyd edib.

Qeyd edǝk ki, 8 iyulda Prezident Salva Kiir Mayardit vǝ vitse-prezident Rick Machar tǝrǝfdaşları arasında başlayan qarşıdurmalarda, aralarında 30-dan çox dinç sakinin dǝ olduğu 270 nǝfǝr həyatını itirib.

 



Әlaqәli Xәbәrlәr