Luiziana ştatında daşğınlar nəticəsində 8 nəfər həyatını itirib

ABŞ-ın Luiziana ştatında baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, on minlərlə insan evsiz qalıb.

553360
Luiziana ştatında daşğınlar nəticəsində 8 nəfər həyatını itirib

ABŞ-ın Luiziana ştatında baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, on minlərlə insan evsiz qalıb.

Daşğınlar nəticəsində 20 min nəfərin təhlükəsiz bölgələrə təxliyə edildiyi, 11 min nəfərin yaşanacaq yer axtardığı, minlərlə evə ziyan deydiyi və  daşğın sularının xeyli sayda avtomobili sürüyüb apardığı bildirilib.

Luiziana valisi  Con Bel Edvard ştatda təcili vəziyyət elan edərək, Federal Fövqəladə Hallar İdarəsindən yardım istəyib.

Təhlükənin hələ də davam etdiyini bildirən rəsmilər bəzi bölgələrdə su səviyyəsinin yüksələ biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, ştatda 2005-ci ildə "Katrina fəlakəti" yaşanmış, daşğın nəticəsində 1245 nəfər həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr