ARD-nin hökumətin cavabını təhrif etməsi reaksiya doğurub

Almaniyanın birinci telekanalı ARD-nin Angela Merkelin başçılığındakı hökumətin bir təklifə verdiyi cavabı təhrif edərək Türkiyəni ittiham edən ifadələrdən istifadə etməsi reaksiya doğurub.

553762
ARD-nin hökumətin cavabını təhrif etməsi reaksiya doğurub

Almaniyanın birinci telekanalı ARD-nin Angela Merkelin başçılığındakı hökumətin bir təklifə verdiyi cavabı təhrif edərək Türkiyəni ittiham edən ifadələrdən istifadə etməsi reaksiya doğurub.

Müxalifətdəki Sol Partiyanın təqdim etdiyi təklifə cavab verən Almaniya Daxili İşlər Nazirliyi Türkiyənin “Misirdəki Müsəlman Qardaşlar, Həmas və Suriyadakı silahlı müxalif qruplara dəstək verdiyini” xüsusilə 2011-ci ildən bəridir “Türkiyənin Orta Şərq bölgəsindəki islamçı qruplar üçün bir mərkəzə çevrildiyini” iddia edib.

Xəbərdə yer alan hökumətə aid mətində bu qruplar üçün “terror təşkilatı” dəyərləndirməsi olmadıqda, Türkiyəyə istiqamətli olaraq isə hər hansı iddia yaxud da ittiham yer tutmayıb.  

Buna baxmayaraq Almaniyanın dövlət kanalı ARD-nin “son dəqiqə” xəbərində “Alman hökumətinin Türkiyənin “terror təşkilatlarına” dəstək verdiyini düşündüyünü” iddia etməsi diqqət çəkib.

ARD televiziyası “Həmasın Avropa İttifaqının terror təşkilatı siyahısında olduğu”nu bildirərək xəbərini əsaslandırmaya cəhd göstərib.

Alman hökuməti keçən həftələrdə mətbuat mənsublarının təkidlə verdikləri sualları qarşısında “Türkiyənin DEAŞ-a dəstək verdiyi” iddialarına mənfi cavab verməsi və “hökumətin əlində bu iddiaları dəstəkləyəcək bir məlumat olmadığını” söyləməsi isə ARD-nin xəbərində gözdən yayındırıldı.

Almaniyanın birinci telekanalının xəbərində son vaxtlarda Türkiyə əleyhinə mövqeyi ilə bilinən və terror təşkilatı PKK-ya sahib çıxan açıqlamalarına görə reaksiyalara məruz qalan Alman Federal Sol Partiyadan millət vəkili  Sevim Dağdələnin düşüncələrini çatdırması da tənqidlərə səbəb olub.

Almaniya Daxili İşlər Nazirliyinin sözüçüsü Dr. Yohannes Dimrot verdiyi yazılı açıqlamada həmin xəbərin Sol Partiya tərəfindən təqdim edilən təklifə cavabın sadəcə bir hissəsinə işarə etdiyini bildirib.

Məxfi xüsusiyyətinə görə cavabın möhdəvasını ictimaiyyət ilə bölüşə bilməyəcəyini bildirən Dimrot Daxili İşlər Nazirliyinin əlaqəli idarəsində baş verən səhvə görə Xarici İşlər Nazirliyi ilə məsləhətləşmədən mətnə son formanın verildiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr