İsrail Dəniz Qüvvələri Qəzza sahillərində 5 nəfər fələstinlini saxlayıb

Qəzzada Fələstinli Balıqçılar Birliyinin rəhbəri Nizar Ayaş bildirib ki, saxlanılan balıqçılar Aştod Limanına aparılıb. Məlumata görə balıqçılar sərhəddi pozmaq iddiasıyla nəzarətə alınıb. Bundan başqa gəmilər də Aştod Limanında saxlanılır.

552534
İsrail Dəniz Qüvvələri Qəzza sahillərində 5 nəfər fələstinlini saxlayıb

İsrail Dəniz Qüvvələri bu ilin əvvəlindən indiyədək təxminən 90 fələstinli balıqçını nəzarətə alıb, 5 balıqçı isə Qəzzada müəyyən bir qruplara vəsait daşıma ittihamı ilə həbs olunub.

İsrailin iyulun 7-də başlatdığı hücumlardan sonra İsrail və Fələstin müqavimət qrupları arasında 26 avqust 2014-cü ildə əldə olunan atəşkəs müqaviləsinə görə balıqovlama sərhədi 6 mil olaraq təyin edilib. İsrail rəhbərliyi aprelin 3-də Qəzzalı balıqçıların ovlanma əhatəsinin 6 mildən 9 milə yüksəldilməsinə icazə vermiş, lakin iyun ayında təkrar 6 mil təyin etmişdir.

Fələstin Qurtuluş Təşkilatı (FAT) ilə İsrail arasında 1993-cü ildə imzalanan Oslo sazişinə əsasən fələstinlilər İsrail tərəfdən hər hansı bir müdaxiləyə məruz qalmadan Qəzzadan 20 mil orta məsafəyədək sərbəst hərəkət edəbilmə haqqına malikdirlər. Lakin İsrail rəhbərliyi fələstinli balıqçıların bu haqqına müdaxilə etməkdə davam edir. Qəzzada Fələstinli Balıqçılar Birliyinin məlumatına görə bölgədə təxminən 50 min sakinin ərzaqla təminini 4 min balıqçı həyata keçirir.



Әlaqәli Xәbәrlәr