Şimali Koreya, ABŞ-nı hǝdǝlǝyib

Şimali Koreya ABŞ-nı,  Sakit okeanda  nüvə hücum tənzimləmə tutumuna sahib təyyarələr yerlǝşdirdirmǝsinǝ görǝ hǝdǝlǝyib.

550038
Şimali Koreya, ABŞ-nı  hǝdǝlǝyib

Şimali Koreyanın rəsmi agentliyi KCNA-nın  mövzu  ilǝ  bağlı  xǝbǝrindǝ   vurğulanıb ki,  “önləyici nüvə  zǝrbǝsi ABŞ-ın inhisarında deyil”. 

Qeyd  edǝk  ki, ABŞ Strateji Hava Komandirliyi 8 avqustda üç ədəd B-2 tipli qırıcı təyyarəni Quam Andersen Hava Qüvvələri bazasına yerlǝşdirib.

22 Avqustda isǝ,  Cənubi Koreya-ABŞ arasında ‘Ulchi-Azadlıq Qardiyanı’ adlı  ortaq hərbi tǝlim  keçirilǝcǝk.   Şimali  Koreya   isǝ  mövcud  vǝziyyǝtdǝn  narahat  olduğunu  ‘bu manevrləri hücum hazırlığı  qǝbul  edirik’  deyǝrǝk  sǝslǝndirib.   

ABŞ prezidenti Barak Obama 17 Mayda, nüvə sınaqları səbəbiylə Şimali Koreyaya yeni sanksiyalar tətbiq olunmasını nəzərdə tutan   qǝrarı   tǝstiq  etmişdi. 

BMT Təhlükəsizlik Şurasının də Şimali Koreyanın 27-28 aprel və 31 Maydakı ballistik raket sınaqlarını  pislǝyǝrǝk, bu ölkəyə tətbiq olunan sanksiyaların artırılabileceğini   açıqlamışdı. 



Әlaqәli Xәbәrlәr