NATO müttəfiqləri “New York Times” qəzetinə etiraz etdi

“New York Times” qəzeti 4 avqust tarixili nömrəsinin baş səhifəsində Türkiyənin NATO üzvlüyündən çıxarılması məsələsinin müzakirə ediləcəyinə dair yazı verib. Bu isə NATO müttəfiqlərinin sərt reaksiyasına səbəb olub.

546202
NATO müttəfiqləri “New York Times” qəzetinə etiraz etdi

   Bildirilib ki, "Yazı həqiqəti əks etdirmir və əsas sənəd olan Vaşinqton müqaviləsinə görə. İttifaqa üzv ölkənin NATO-dan uzaqlaşdırılmasını nəzərdə tutan hər hansı bir maddə yoxdur".

  Diplomatik mənbələrin məlumatına görə, "Qəzetdə dərc olunan yazı qərəzlidir və bu, Türkiyə-ABŞ arasında normal münasibətə kölgə salmaq məqsədi daşıyır... Türkiyə NATO qarşısında bütün öhdəliklərini uğurla yerinə yetirir".

  Diplomatik mənbələr Türkiyənin NATO-da gələcək fəaliyyətini müzakirə edəcək rəsmi və ya qeyri-rəsmi bir toplantının gündəmdə olmadığını bildirərək əlavə edib ki, "Varşava sammitinin 129-cu maddəsində yer alan və Türkiyənin də təsdiqlədiyi razılaşmada NATO-ya üzv ölkələr insan hüquqları və demokratik prinsiplərə sahib çıxır".



Әlaqәli Xәbәrlәr