"Türk xalqı Nobel sülh mükafatı ilǝ tǝltif edilmǝlidir": Martin Lejeune

Türkiyǝyǝ gǝlǝn Almaniyalı jurnalist, Qərbli həmkarlarının Türkiyədə olub bitənin idrakında olmadıqlarını qeyd edib.

545403
"Türk xalqı Nobel sülh mükafatı ilǝ tǝltif edilmǝlidir": Martin Lejeune

Fetullahci Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (feto / PDY)–nin çevriliş cǝhdinin yaratdığı fǝsat vǝ dağıntıları yaxından görmǝk, konkret mǝlumat ǝldǝ etmǝk mǝqsǝdiylǝ Türkiyǝyǝ gǝlǝn Almaniyalı jurnalist, Qərbli həmkarlarının Türkiyədə olub bitənin idrakında olmadıqlarını qeyd edib.

Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına görǝ Bazar günü İstanbulda keçirilmǝsi nǝzǝrdǝ tutulan və 5 milyondan çox insanın iştirak edǝcǝyi proqnozlaşdırılan Demokratiya Mitinqini Qərb ölkǝlǝrinin gözdǝn yayındırmamalarının lazım gǝldiyini ifadǝ edǝn jurnalist: “Bir Almaniya vǝtǝndaşı olaraq kansler Angela Merkelin İstanbuldakı nəhəng mitinqə qatılmasını xahiş edirəm. Bu onun Türk xalqına hörmətinin və Türk xalqının demokratiya nümayişlərinǝ dǝstǝyinin göstǝricisi olar. Belǝ bir addımın atılmasına Türk xalqının yox, Almanların zǝrurǝti var.

Türk xalqının çevriliş cǝhdi ǝsnasında demokratiyanın qorunması uğrunda tankların önünǝ uzanaraq terrorçulara müqavimǝt göstǝrmǝlǝrindǝn çox təsirləndiyini ifadǝ edǝn Martin Lejeuneu, “Türk xalqının sǝrgilǝdiyi müqavimǝti Fransız inqilabına bənzədirəm. Onlar demokratiya dedilǝr. Türk xalqı Nobel sülh mükafatı ilǝ tǝltif edilmǝlidir” deyib.

 Qǝrb ölkǝlǝrinin Türkiyədəki çevriliş cǝhdi ilǝ ǝlaqǝli tutduqları mövqeydǝn tǝnqid edǝn jurnalist, Türkiyənin 81 şəhərində gecələri 'Demokratiya Mitinqlǝri tǝşkil edildiyini, lakin Qərb mətbuatının 20 gündür buna biganǝ qaldığını, Türkiyəni demokratiyanın hökm sürdüyü bir islam ölkəsi olaraq göstərmək istəmiyǝnlǝrin olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr