Piter Szijjarto: ‘‘Macarıstan Tütkiyәdәki demokratik prosesi və seçilmiş hökuməti dəstəklәyir’’

Macarıstan  Türkiyənin  iyulun 15-dә çevriliş cәhdi  hәyata keçirәn  Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinә  (FETÖ/PDY)  qarşı  mübarizəsini dәstәklәyir.

544107

Bu sözlәri  Macarıstanın   Xarici Ticarət və Xarici İşlər naziri Piter Szijjarto ‘‘İndex’’ xәbәr saytına verdiyi bәyanatda bildirib. O,  qeyd edib  ki: ‘‘Türk hökumәti  çevriliş cәhdindәn sonra lazımi addımlar atır. Hәrbi çevriliş çox ciddi mәsәlәdir vә buna çox ciddi cavab verilmәlidir’’.

Piter Szijjarto Türkiyədəki demokratik prosesə və seçilmiş hökumətə dəstək verdiklərini ifadə edib.

Türkiyədəki  proseslәri yaxından izlәdiyini  dә qeyd edәn P. Szijjato: ‘‘Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu mәnim dostumdur vә onunla çox yaxşı münasibәtimiz var. Türkiyәdә hәyara keçirilәn uğursuz  çevriliş çәhdi zamanı Monqolustandan  gәlirdim. Hava limanına çatan kimi ona zәng etdim. Sәdәcә  rәsmi olaraq deyil әksinә  bir dost kimi  vәziyyәtinin necә olduğunu oyrәnmәk istәdim. Yarım saaat sonra o mәnә  geri zәnk vurdu vә iqamәtgahına hücum edildiyini  ancaq vәziyyәtinin yaxşı olduğunu  dedi. O gündәn  bu yana onunla bir neçә dәfә telefon әlaqәsi saxlamışam’’ deyә bildirib.

 Qeyd edәk ki, Macarıstanda  da (FETÖ/PDY)-yә  qarşı lazımi addımlar atılır.

Әlaqәli Xәbәrlәr