Pakistan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə Türkiyənin yanındadır

Pakistan FETÖ məktəblərinin aktiv şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri kimi ön plana çıxır.

542019
Pakistan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə Türkiyənin yanındadır

Pakistan FETÖ məktəblərinin aktiv şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri kimi ön plana çıxır.

Həmin təhsil ocaqlarında  11 mindən artıq şagird və tələbə ilə 1500 müəllim var. Pakistanda 21 ildir fəaliyyət göstərən FETÖ-nün paytaxt İslamabadda “Rumi Forum” adı ilə də mədəniyyət dərnəyi fəaliyyət göstərir. Rumi Forumunun keçən həftə ərzində web saytından Fətullah Gülənin adını qaldırması diqqət çəkdi.

“Pak-Türk Beynəlxalq Məktəbləri” olaraq adlandırılan 26 FETÖ məktəbinin Türkiyənin Milli Təhsil Nazirliyinin tabeliyinə verilməsi də gündəmdədir.

Bir neçə  gün əvvəl Türkiyənin Pakistan səfəri Sadiq Babür Girgin mövzuyla əlaqəli olaraq pakistanlı jurnalistlərə verdiyi açıqlamada demişdi ki, dost ölkələr FETÖ-nün fəaliyyətlərinə dair lazım gələn tədbirləri görməlidir. Türkiyədən rəsmilərin məsələni Pakistan rəsmilərinə çatdırmasından sonra Türkiyənin tələbi Pakistan Xarici İşlər Nazirliyində  gündəmə daxil edilmiş və Pakistan Xarici İşləri müşavirinin sədrliyində mövzu müzakirə edilmişdi.

Xatırladaq ki, Türkiyə Pakistandakı FETÖ məktəblərinin bağladılması tələbini 2014-cü ildə pakistanlı yüksək səviyyəli rəsmilərlə müzakirə etmiş, Pakistan xüsusilə cari il mövzuya dair konkret əməkdaşlıq etmişdi.



Әlaqәli Xәbәrlәr