Fətullahçılar Somali təhsil sistemindən çıxarıldıqdan sonra

Somalidə Fətullahçı Terror Təşkilatı FETÖ-nün təhsildəki boşluğunu Türkiyə hökuməti dolduracaq

541842
Fətullahçılar Somali təhsil sistemindən çıxarıldıqdan sonra

  Türkiyənin Somali üzrə səfiri Olgan Subay yerli hökumətin fəaliyyətini dayandırma qərarı verdiyi Fətullahçı Terror Təşkilatıyla əlaqəli Nile Akademiyasında Türkiyə hökuməti və Somalinin Türkiyədəki səfirliyinin birgə əməkdaşlığı ilə fəaliyyətə davam edəcəklərini bildirib.

  Paytaxt Moqadişodakı səfirlik binasında mətbuat konfransında çıxış edən Subay deyib: "Nile Akademiyasında bütün xidmətlərə davam etmək istəyirik. Bəzi işlərə artıq avqust ayından start veriləcək."

  Subay Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda müvəffəqiyyətsiz çevriliş cəhdi zamanı Türkiyəyə verdiyi dəstəyə gərə Somali xalqına və hökumətinə də təşəkkür edib.

  Xatırladaq ki, Somali hökuməti 16 iyulda Nile Akademiyasında FETÖ-nün fəaliyyətinin dayandırılması tapşırığı və təşkilat üzvlərinə ölkəni tərk etmələri üçün bir həftə vaxt vermişdi.



Әlaqәli Xәbәrlәr