“Ölkəmin bununla bir əlaqəsi yoxdur”,C.Kirbi

ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi ölkəsinin Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) Türkiyədə iyulun 15-də həyata keçirdiyi çevriliş cəhdi ilə bir əlaqəsinin olmadığını söyləyib.

539967
“Ölkəmin bununla bir əlaqəsi yoxdur”,C.Kirbi

ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi ölkəsinin Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) Türkiyədə iyulun 15-də həyata keçirdiyi çevriliş cəhdi ilə bir əlaqəsinin olmadığını söyləyib.

Kirbi gündəlik mətbuat konfransında bir sual qarşısında Türkiyədəki çevriliş cəhdinin arxasında ölkəsinin olduğuna dair yersiz iddialara reaksiya göstərərək deyib ki, Türkiyə bizim sadəcə müttəfiqimiz deyil, həmin zamanda dostumuzdur. Terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyatlarda Türkiyə önəmli rol öhdələnib və bu mövzuda Vaşinqton və Ankara arasında əlaqələr davam edəcəkdir.

Kirbi Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin geri qaytarılması mümkün olmayacağı təqdirdə iki ölkə arasındakı əlaqələrin bundan necə təsirlənəcəyinə dair iddialara da münasibət bildirərək deyib ki, biz Fətullah Gülən və onun geri qaytarılması məsələsində məsləhətləşmələr aparırıq və onun qaytarılması dəlillərə əsaslanan bir mövzudur. Bu proses Dövlət Katibliyi və Әdliyyə Nazirliyinin nəzarətində öz axarında irəliləyir.

Çevrilişə cəhdi pislədiklərini və bu təşəbbüsdən sonra isə Türkiyə hökumətinin atdığı addımları başa düşdüklərini bildirən Kirbi vurğulayıb ki, bu məsələni həll etmək hökumətin vətəndaşlara borcudur.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında keçirilməsi nəzərdə tutulan görüşə də toxunan Kirbi qeyd edib ki, Türkiyə müstəqil bir ölkə olaraq özünü gücləndirəcəyini və irəli addım atacağını düşündüyü ikitərəfli və çoxtərəfli əlaqələr qurmaq barədə bütün haqqlara sahibdir. Bizim üçün önəmli olan Türkiyə ilə NATO  və DEAŞ əleyhinə koalisiya üzərindən saxladığımız əlaqələrdir.  



Әlaqәli Xәbәrlәr