Beynəlxalq aləmin sərt reaksiyası

Fransanın Nitsa şəhərində yük maşını ilə həyata keçirilən terror aktından sonra beynəlxalq aləm hadisəni pisləyib və həyatını itirənlərə görə dərin kədər keçirildiyi bildirilib.

529630
Beynəlxalq aləmin sərt reaksiyası

Fransanın Nitsa şəhərində yük maşını ilə həyata keçirilən terror aktından sonra beynəlxalq aləm hadisəni pisləyib və həyatını itirənlərə görə dərin kədər keçirildiyi bildirilib.

Hücumla bağlı ilk reaksiyanı ABŞ prezidenti Barak Obama və Avropa İttifaqı Şurasının sədri Donald Tusk göstərib.

ABŞ prezidenti Barak Obama Fransanın Nitsa şəhərində törədilən terror aktını pisləyib. 

Ağ Ev rəhbəri olayı dəhşətli terror aktı adlandırıb.

Dualarının həyatlarını itirənlərin ailələriylə olduğunu deyən Obama yaralılara şəfa diləyib.

Bundan başqa, ABŞ lideri Fransada baş vermiş hadisələrin araşdırılması və günahkar şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri yardımların olunması təklifi ilə çıxış edib. Obama qeyd edib ki, ABŞ Fransanın yanındadır.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk da Fransada törədilən terror ilə bağlı verdiyi açıqlamada bildirib ki, bu terror hücumu Avropa üçün, bütün dünya üçün kədərli bir hadisədir. Buna məruz qalan insanlar azadlığı, bərabərliyi və qardaşlığı qeyd etmək məqsədi ilə bir araya gəlmişdi. Hamımız, zorakılığa və nifrətə qarşı mübarizədə terrordan əziyyət çəkənlərin ailələri, fransız xalqı və hökumətinin yanındayıq.

Asiya və Avropa yığıncağında iştirak edən ölkələr də Fransadakı terror aktını pisləyiblər. Hücum qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

BMT də hücumu barbarca və qorxaqca bir terror aktı kimi dəyərləndirib.

BMT Təhlükəsizlik Şurasında qəbul edilən bəyannamədə terrorun dünya sülhü və təhlükəsizliyi üçün ciddi təhditlərdən biri olduğu vurğulanıb.

Estoniya Baş naziri Taavi Röivas sosial şəbəkə hesabında Fransadakı terror hadisəsinə  münasibət bildirərək, həyatını itirənlərin ailələrinə və Fransız xalqına başşağlığı verib.

Latviyanın Xarici İşlər naziri Edqars Rinkevics də Nitsa şəhərində törədilən terror hücumunu pislədiyini və ölkəsinin kədər içində olan Fransanın yanında olduğunu bildirib.

Belçikanın Baş naziri Çarls Mişel də Fransadakı terror aktını pisləyən açıqlama yayaraq, dost fransız xalqı və xain hücumda həyatını itirənlərin ailələrinin yayında olduqlarını, onların kədərlərini bölüşdüklərini qeyd edib.

Səudiyyə Әrəbistanının Xarici İşlər Nazirliyi də Fransanın Nitsa şəhərində həyata keçirilən terror hücumunu sərt şəkildə pisləyən açıqlama yayımlayıb.



Әlaqәli Xәbәrlәr