Fransada təhlükəsizlik tədbirləri gücləndirilib

“14 İyul Milli günü”lə əlaqədar Fransada təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib.

528871
Fransada təhlükəsizlik tədbirləri gücləndirilib

“14 İyul Milli günü”lə əlaqədar Fransada təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib. 11 min 500 polis və jandarma xüsusi rejimə dair təlimatlandırılıb. Mühafizə havadan və qurudan həyata keçiriləcək.

Hərbi paradda Fransa prezidenti Fransua Olland və xarici rəsmi qonaqlar da iştirak edəcək.

Təhlükəsizlik tədbirləri axşam saatlarında keçiriləcək konfrans və konsertlərdə də gücləndiriləcək.

Xatırladaq ki, Parisdə 2015-ci ilin noyabrda törədilən terror hadisəsi zamanı 130 nəfər həyatını itirmişdi. Ölkədə fövqəladə vəziyyət elan edilmişdi.



Әlaqәli Xәbәrlәr