ABŞ-da müdafiә nazirlәrinin yığıncağı keçirilәcәk

Terror təşkilatı DEAŞ-a qarşı  qlobal koalisiyada iştirak edən 34 ölkənin Müdafiə nazirləri  iyulun 20-dә  Amerika Birləşmiş Ştatlarının  Müdafiə naziri Ashton Karterin ev sahibliyindә  Maryland ştatında bir araya  gələcək.

528538

Pentaqondan verilәn yazılı açıqlamada, yığıncağın   ''Andrews'' Hava bazasında  keçirilәcәyi bildirilib.

Açıqlamada  yığıncaqda  NATO səlahiyyətlilərinin dә iştirak edәcәyi  qeyd olunub.

Bәyanatda hәmçinin   yığıncaqda  terror tәşkilatı DEAŞ ilә mübarizә vә tәşkilata qarşı atılacaq   yeni addımlar  mәsәlәlәrinin   müzakirә olunacağı  bildirilib.

Әlaqәli Xәbәrlәr