Fransanın neft şirkəti Əlcəzairə qarşı Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib

Fransanın neft şirkəti Total Əlcəzair əleyhinə Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırıb.

526806
Fransanın neft şirkəti Əlcəzairə qarşı Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib

Fransanın neft şirkəti Total Əlcəzair əleyhinə Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırıb.

Total rəhbərliyindən verilən məlumata görə, səbəb Əlcəzairdə çıxarılan neft və qazdan əldə edilən gəlirlərin bölgüsündə yaranan problemdir. Bildirilib ki, Totalın Əlcəzairdəki yatırımına ortaq olan İspaniyanın Repsol Qrupu da iddia qaldıran tərəfdədir.

Fransa mətbuatı isə yazır ki, hər iki şirkət Əlcəzairdən 3,6 milyard avro təzminat ödənilməsini tələb edir. Total ötən il beynəlxalq sərmayələri nəticəsində 165 milyard avro gəlir əldə edib və bundan 5 milyonunu büdcəsinə daxil edib.



Әlaqәli Xәbәrlәr