Məscidi olmayan tək Avropa paytaxtı Afinada məscid tikilir

Yunanıstan Dövlət Şurası paytaxt Afinanın Votanikos bölgəsində inşa edilməsi planlaşdırılan məscidə edilən etirazı qəbul etməyib

525378
Məscidi olmayan tək Avropa paytaxtı Afinada məscid tikilir

  Şura özlərini pravoslav xristian yunan vətəndaşı deyə təqdim edən 111 nəfərin "Məscidin tikilməsi ətraf mühitə mənfi təsir edəcək" iddiasına baxıb, ibadət yerlərinin inşasında ətraf mühitə heç bir mənfi təsirin olmadığını nəzərə çatdırıb, inşaatı qanuni şərtlərə uyğun sayıb və tikinti bitdikdən sonra isə işə nəzarət ediləcəyini bildirib.

  Qeyd edək ki, Yunanıstan hökuməti Təhsil Nazirliyinin nəzarətində olan Votanikos bölgəsindəki Eleona səmtində olan 17 hektarlıq ərazinin bir qismində təxminən 350 nəfərlik məscid tikməyi planlaşdırır. Təxminən 2 il əvvəl tenderi tamamlanan və Yunanıstan İnfrastruktur Nazirliyi tərəfindən təsdiqlənən ibadət yeri üçün Avropa İttifaqı dəstəkli ESPA fondundan təxminən 1 milyon avroluq büdcə ayrılıb.

  Onu da qeyd edək ki, məscidi olmayan tək Avropa paytaxtı Afinada müsəlmanlar namazlarını qarajlarda və bodrum qatlarda qılır.



Әlaqәli Xәbәrlәr