İsrail qanunsuz inşa etdirdiyi yaşayış məntəqələrini artırmaqda israrlıdır

Ölkənin Müdafiə naziri Aviqdor Liberman yəhudilərin məskunlaşdırılması üçün yeni mənzillərin tikintisini qətiyyətlə davam etdirəcəklərini açıqlayıb

524879
İsrail qanunsuz inşa etdirdiyi yaşayış məntəqələrini artırmaqda israrlıdır

  Bu barədə xəbəri İsrail dövlət radiosu yayıb.

  Məlumata görə, Liberman terrorla mübarizəyə də toxunub, bildirib ki: "Terrorordan müdafiə tədbirləri yetərli deyil, ilanın başını kəsmək lazımdır".

  Xatırladaq ki, İsrail hökuməti ötən həftə 2 israillinin öldürüldüyü Əl-Xəlil şəhərində 42 yeni yəhudi məskunlaşma dairəsinin tikintisini təsdiqləmiş, Qüds yaxınlığında isə sakinlər üçün 800 yeni mənzilin inşasına icazə vermişdi. Məsələ ilə bağlı Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Fələstin rəhbərliyi başda olmaqla bəzi ölkələr İsrailin bu addımını qınamışdı.



Әlaqәli Xәbәrlәr