Hillari Klinton haqqında qərar təsdiqləndi

Amerika Birləşmiş Ştatları (ABŞ) Ədliyyə Nazirliyi Demokrat Partiya sədri Hillari Klintonun dövlət katibi olduğu zaman elektron yazışmalarında öz şəxsi imailindən istifadəsilə bağlı açılan istintaqın qərarına münasibət bildirib

524880
Hillari Klinton haqqında qərar təsdiqləndi

  ABŞ Ədliyyə naziri Loretta Linçin əvvəlki dövlət katibi Hillari Klinton barədə yazılı şərhində deyilir: "Federal Təhqiqat Bürosunun (FBI) sədri Ceyms Komi, prokuror və mövzunu təqib edən səlahiyyətlilərlə bir araya gəldim. Bir ildir davam edən istintaqın sona çatdırılması və nəticədə hər hansı bir adamın cəza almadığı ilə bağlı mənə yekdilliklə təqdim edilən qərarı qəbul etdim… Əksinə, ciddi şəkildə çox da ciddi olmayan bu məsələdə hər hansı bir adamın cəzalandırılması düzgün qərar olmazdı.”

  Qeyd edək ki, FBI və ABŞ Ədliyyə Nazirliyi Klintonun baş katibliyi dövründə fərdi internet ünvanından etdiyi yazışmalarda həssas məlumatların sui-istifadə olunub-olunmadığı araşdırılmışdı. Nəticədə, ümumiyyətlə, Klintonun dövlət katibi olduğu zaman rəsmi imeil adresinin olmadığı ortaya çıxmışdı. Milli Arxiv və Qeydiyyat Rəhbərliyi bu vəziyyəti “ciddi bir qanun pozuntusu” adlandırmış və Klintondan rəsmi yazışmaları tələb etmişdi. Hillari Klinton da qarşılığında Dövlət Katibliyinə 55 min səhifəlik sənədləri göndərmişdi.



Әlaqәli Xәbәrlәr