Ciddədə ABŞ konsulluğu qarşısında özünü partlatmaq istəyən terrorçu-kamikadze öldürülüb
Ciddə şəhərində ABŞ-ın Səudiyyə Ərəbistanındakı konsulluğu qarşısında özünü partlatmaq istəyən terrorçu-kamikadze zərərsizləşdirilib.
523390
Ciddə şəhərində ABŞ-ın Səudiyyə Ərəbistanındakı konsulluğu qarşısında özünü partlatmaq istəyən terrorçu-kamikadze zərərsizləşdirilib. Hadisә nәticәsindә 2 polis әmәkdaşı da yaralanıb.
Әldә olunan mәlumata görә, terrorçu-kamikadze Amerika konsulluğun yaxınlığında üzərindəki partladıcı qurğunu işə salmağa cəhd edib.
Hücuma görə məsuliyyəti hələ ki, öz üzərinə götürən olmayıb.
Qeyd edək ki, 2004-cü ildə ABŞ-ın Ciddədəki konsulluğunun hücuma məruz qalması nəticəsində 9 nəfər ölmüşdü.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.