Aralıq dənizində miqrantları daşıyan qayıq batıb

Tunisli 28 qaçqını daşıyan qayığın  Liviya  sahillәrindә batması nəticəsində 16 nәfәr itkin düşüb, 12 nәfәr isә üzәrәk sahilә çatıb.

522979
Aralıq dənizində miqrantları daşıyan qayıq batıb

Tunisli 28 qaçqını daşıyan qayığın  Liviya  sahillәrindә batması nəticəsində 16 nәfәr itkin düşüb, 12 nәfәr isә üzәrәk sahilә çatıb.

Tunisli aktivist Mustafa Әbdülkәrim  Tunisin  Mәdnin vilayәtinә bağlı Bingirdan rayonu  vә Cәrcis  şәhәrindәn dәniz yolu ilә İtaliyaya keçmәk istәyәn  qayığın yarım saat  sonra batdığını  bildirib. 

Әbdülkәrim itkin düşmüş miqrantların tapılması üçün  әmәliyyatların  davam etdiyini bildirib.

 Beynəlxalq Miqrasiya Təşkilatı ötən ay verdiyi açıqlamada, 2016-ci ilin ilk yarısında 210 min 643 qaçqının  dәniz yolu ilә  Avropaya keçdiyini bildirib.

Açıqlamada  hәmçinin  bu səfərlər zamanı 2 min 859 nəfərin boğularaq öldüyü qeyd olunub.



Әlaqәli Xәbәrlәr