Tayvan “səhvən” raket atdı

Balıqçı təknəsinin yaxınına düşən mərmi bir adamın ölümü və 3 nəfərin yaralanmasına bais oldu

522381
Tayvan “səhvən” raket atdı

  Tayvan Müdafiə Nazirliyindən verilən məlumata görə, Çinçianq (Chinchiang) patrul gəmisi hərbi bazasındakı təftiş zamanı səhvən “Hsiung Feng III” raket atılıb. Penxu (Penghu) adalarının 75 kilometrliyinə, Tayvana aid bir balıqçı təknəsinin yaxınına düşən mərmi kapitanın ölümünə və üç nəfərin yaralanmasına səbəb olub.

  Məsələylə bağlı ilkin istintaq zamanı mərmi operatorlarının böyük ehtimalla prosedurlara uyğun hərəkət etmədiyini göstərilib.

  Donanma mərmini axtarmaq üçün bölgəyə bir vertolyot və gəmilər göndərib.

  Qəza Çində Kommunist Partiyasının yaranmasının 95-ci ildönümünə təsadüf edib.



Әlaqәli Xәbәrlәr