BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri

BMT Baş Assambleyasının 70-ci sessiyasının iştirakçıları BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərini seçib.

520583
BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri

BMT Baş Assambleyasının 70-ci sessiyasının iştirakçıları BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərini seçib.

 BMT Təhlükəsizlik Şurasının yeni seçilmiş qeyri-daimi üzvlərinin səlahiyyət müddəti iki ildir.

Boliviya və Efiopiya regional qruplarında heç bir rəqib olmadığından səsvermənin ilk turunda seçilib. İlk turda, həmçinin İsveç də qalib gəlib.

İkinci turda Qazaxıstan və Tayland arasında seçim başa çatıb. Bu mübarizədə qalib gələn Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Qərbi Avropa dövlətləri qrupundan yerdə qalan bir "vəsiqə" uğrunda İtaliya və Hollandiya mübarizə aparıb.

Sǝsvermǝdǝ kifayǝt sǝsi toplaya bilmǝyǝn iki ölkǝnin xarici işlǝr nazirlǝri üzvlüyü bir il növbǝ ilǝ bölüşmǝk barǝdǝ razılaşıb. Buna görǝ 2017-ci ildǝ İtaliya, 2018-ci ildǝ isǝ Hollandiya BMT Tǝhlükǝsizlik Şurasında Qǝrbi Avropa vǝ digǝrlǝri üçün ayrılan üzvlüyü öhdǝlǝnǝcǝk. Bu planın hǝyata keçmǝsi üçün ǝvvǝl Qǝrbi Avropa vǝ digǝrlǝri qrupunun razılaşmanı tǝsdiq etmǝsi sonra da bunun BMT Baş Assambleyasında tǝsdiqlǝnmǝsi lazımdır.



Әlaqәli Xәbәrlәr