Kolumbiyada hәrbi helikopter qәzaya uğrayıb

Kolumbiyada hərbi helikopterin qәzaya uğraması nәticәsindә  17 əsgər həyatını itirib.

519554
Kolumbiyada hәrbi helikopter qәzaya uğrayıb

Kolumbiyada hərbi helikopterin qәzaya uğraması nәticәsindә  17 əsgər həyatını itirib.

Hәrbi mәnbәlәr helikopterin Kolumbiyanın paytaxtı Bogotanın şimal-şәrqindә yerlәşәn Caldas  bölgәsinin  Pensilvaniya әyalәtindә  qәzaya uğradığını bildirib.

 Hadisә yerinә göndәrilәn xilasedici dәstәlәr vertalyotda olan 17 hәrbi peronalın hәyatını itirdiyini bildirib.

 Әldә olunan mәlumata  görә, hadisәyә  havanın әlverişsiz olması sәbәb olub.

Kolumbiyanın dövlәt başçısı Juan Manuel Santos qәzaya görә kәdәrlәndiyini bildirib.

Santos  ölәn әsgәrlәrin üsyançı ELN qrupuna qarşı hәyata keçirilәn әmәliyyata dәstәk vermәk mәqsәdilә bölgәyә getdiyini açıqlayıb.

Qeyd edәk ki, Mİ 17 tipli helikopter iyunun 26-da radarlardan itmişdi.



Әlaqәli Xәbәrlәr