Devid Kameron Brüsselә sәfәr edәcәk
İngiltərənin Baş naziri Devid Kameron İngiltərədə keçirilən referendumdan sonra ilk dəfə Belçikanın paytaxtı Brüsselə sәfәr edәrәk Aİ-nin liderlәri ilә görüşəcək.
519610
Kameron ilk olaraq Aİ Komissiyasının prezidenti Yan Klod Juncker və Avropa Şurasının sədri Donald Tusk ilə görüşəcək.
Daha sonra isә Avropa Şurası toplantısı üçün Brüsseldə olan Avropa İttifaqına üzv olan 27 ölkənin nümayəndəsi ilә şam yeməyində bir araya gələcək.
Avropa Parlamenti də İngiltərənin Avropa İttifaqının tәrkibindәn çıxma qərarını müzakirә edәcәk.