Xose Luis Rodriguez Zapatero: "İnsanları öldürən din deyil, fanatizmdir"

İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriguez Zapatero insanları öldürənin din deyil, fanatizm olduğunu dedi.

519133
Xose Luis Rodriguez Zapatero: "İnsanları öldürən din deyil, fanatizmdir"

 Zapatero Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa İslamofobiya sammitində iştirak etdi.

 Sammitdə çıxış edən Zapatero terror hadisələrinə diqqət çəkərək: “İnsanları öldürən din deyil, fanatizmdir və bu, bütün dinlərdən daha qədim bir hadisədir. İslamın terrorizmi dəstəkləmədiyini hər zaman dilə gətirməliyik. İslamofobiyanın qarşısını almaq istəyiriksə, müsəlmanlarla birlikdə əl-ələ mübarizə etməliyik" ifadələrini işlətdi.

 İspaniyada bütün dinlərdən olan nümayəndələri ortaq tədbirlərdə bir araya gətirmək üçün xüsusi bir fond yaratdıqlarını bildirən Zapatero: “ Mübarizəni ən güclü silah olan təhsil və biliklə aparmalı və birgə yaşayaraq sülhü bərqərar etməliyik. Bosniya və Herseqovina və İspaniya çoxmədəniyyətli ölkələr olduğu üçün birlikdə mübarizə edə bilərlər. Avropa isə böyük Avropa olmaq istəyirsə, bütün diskriminasiyalar kimi islamofobiyanın da qarşısını almağa səy göstərməlidir" dedi

 

 



Әlaqәli Xәbәrlәr