Sinqapur hava yollarına məxsus sərnişin təyyarəsi alovlanıb

Sinqapur hava yollarına məxsus sərnişin təyyarəsi “Çanqi” hava limanına təcili qəza enişi edib. Təyyarənin endikdən sonra alovlandığı bildirilir.

519182

İtaliyanın Milano şəhərinə uçuş həyata keçirən Boing 777-300 ER havaya qalxdıqdan iki saat sonra texnik problemin yaranmasına dair həyəcan siqnalından sonra geri eniş edir. Motorunda maye sızması səbəbindən təcili eniş edən hava gəmisində yanğın başlayıb.

Təyyarədə  yer alan 222 sərnişin və 19 ekipaj üzvü təxliyyə edilib. “Çanqi” hava limanının rəsmilərinin bildirdiyinə görə hadisə nəticəsində xəsarət alanın olmayıb.

Әlaqәli Xәbәrlәr