İordaniya Kralı Abdullahla Pan Gi Mun arasında telefon danışığı oldu

İordaniya Kralı Abdullah beynəlxalq ictimaiyyəti suriyalı qaçqınlar məsələsində üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırdı.

517535
İordaniya Kralı Abdullahla  Pan Gi Mun arasında telefon danışığı oldu


 Kral Divanından verilən məlumata görə, Kral Abdullah ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi-mun arasında telefon danışığı olub.
 
Telefon görüşündə regiondakı proseslər, xüsusilə, terrorizm və cinayətkar dəstələriylə mübarizə səyləri müzakirə olunub.
 
 Açıqlamaya görə, Suriyada baş verənləri "bəşəri böhran" kimi səciyyələndirən və ölkəsinin sərhəd təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edən Kral Abdullah : " Beynəlxalq ictimaiyyət suriyalı qaçqınlar məsələsində üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir" ifadələrini işlədib.
 
 BMT baş katibi Pan Gi-mun da görüşdə İordaniyanın Suriya sərhədinə yaxın Rukban bölgəsində təhlükəsizlik qüvvələrini hədəf alan terror hücumu ilə əlaqədar Kral Abdullaha başsağlığı verib.
 
 İordaniyanın regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında və Suriya böhranının yaratdığı problemlərlə mübarizədə göstərdiyi səylərdən  bəhs edən Pan Gi-mun BMT-nin İordaniyanın yanında olduğunu vurğulayıb.
 
 Qeyd edək ki, çərşənbə axşamı günü İordaniya-Suriya sərhədində  təhlükəsizlik qüvvələrini hədəf alan bombalı hücumda 6 nəfər ölmüş, 14 nəfər yaralanmışdı.



Әlaqәli Xәbәrlәr