" Fǝlǝstin və xalqı olaraq bizlərin bir tarixi var",M. Abbas

Fələstin dövlət başçısı Mahmud Abbas ölkǝsinin imzalanan müqavilələrə ǝmǝl etmǝsi, bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq İsrailin öhdəliklərini yerinə yetirmədiyini deyib.

516923

 Mahmud Abbas Brüsseldǝ Avropa Parlamentinin ümumi iclasında millət vəkillərinə müraciǝt edǝrǝk, İsrailin 1948 və 1967-ci illərdə regionda etdiklərini, Qüdsü və Qəzzanın işğalını xatırladıb.

 Abbas bildirib ki, Fǝlǝstin və xalqı olaraq bizlərin bir tarixi var. Bir şǝxsiyyǝtimiz var. Bir ölkəyik vǝ siyasi bir mövcudluğumuz var. Fələstinin tarixi, qırğınlar və acılarla doludur. Fələstin israillilərin irqçi, nifrət ehtiva edən hərəkətləri səbəbinden 20-ci və 21-ci əsrdə  misilsiz acılar çəkdi. Bütün bunların hamısı ümumdünyanın gözləri qabağında baş verdi.

 Abbas İsrailin təcavüzkar mövqeyinin bəzi israilli siyasətçilər və jurnalistlər tərəfindən də tənqid edildiyinə diqqəti çəkərək, məsələ ilə bağlı BMT tǝrǝfindǝn qǝbul edilǝn qətnamələrin tam mǝnası ilǝ həyata keçirilməsini istəyib.

 Abbas, Fələstin xalqının sülh istədiyini vurğulayaraq deyib ki, bu siyasi mübarizə və bu məsələnin həlli də siyasi olmalıdır. Sülh hamımızın xeyrinǝ olacaqdır. Hǝmrǝylik edǝrǝk sülhün tǝmin olunmasına imkan yaratmalıyıq. Sülh, sabitliyimizin vǝ yaxşı bir gələcəyin zəmanəti olacaqdır.

Әlaqәli Xәbәrlәr