İndoneziya Avstraliyaya sǝrt reaksiya verib

İndoneziya Səhiyyə Nazirliyi Avstraliyanın İndoneziyaya səyahət edəcək vətəndaşlarını ZİKA virusuna qarşı tədbirli olmaları mövzusunda xǝbǝrdarlıq etmǝsinǝ sǝrt reaksiya verib.

515792
İndoneziya Avstraliyaya sǝrt reaksiya verib

İndoneziya Səhiyyə Nazirliyinin mövzu ilǝ bağlı şǝrhindǝ: “Dünya Sağlamlıq Təşkilatının hesabatlarına görə ZİKA virusu təhdidi təsbit edilən 46 ölkə arasında İndoneziya yoxdur. Hǝmçinin başqa bir hesabata görə, ZİKA virusu yoluxma təhlükəsi olan 14 ölkənin sadalandığı siyahıda da İndoneziya yer tutmur”. Avstraliya xarici işlər və Ticarət Nazirliyindǝn ötǝn gün verilǝn açıqlamada, İndoneziyaya səyahət edəcək vətəndaşların ZİKA virusuna qarşı tədbirli olmalıdılar istǝnmişdi. Ağcaqanad sançmalarına qarşı diqqətli olunması istənən açıqlamada “Hamilə qadınlar, səyahət əvvəli hǝkimlǝriylǝ mǝslǝhǝtlǝşmǝlidilǝr. Mümkünsǝ səyahətlərini təxirə salmalıdılar”  deyilib.

Hər həftə təxminən 16 min Avstraliyalı turistin getdiyi İndoneziyanın Bali adası, Avstraliyalıların ən çox səyahət etdiyi bölgələr arasında gedir.

İndoneziyadakı ZİKA virusu fevral ayında Sumatra adasının Cambi əyalətində qeydǝ alınmışdı.

 



Әlaqәli Xәbәrlәr