Xorvatiyada bu ilin yanvarında qurulan koalisiya hökuməti buraxılıb

Parlamentdə keçirilən etimad səsverməsində səsverməyə qatılan 135 millət vəkilindən 125-i baş nazir Tihomir Oreskovicin vəzifədən getməsinin leyhinə səs verib.

512530
Xorvatiyada bu ilin yanvarında qurulan koalisiya hökuməti buraxılıb

Parlamentdə keçirilən etimad səsverməsində səsverməyə qatılan 135 millət vəkilindən 125-i baş nazir Tihomir Oreskovicin vəzifədən getməsinin leyhinə səs verib. Bununla da koalisiya hökuməti buraxılıb.

Yeni hökumətin qurulması üçün koalisiya danışıqları 30 gün ərzində başa çatdırılmalıdır.

Son seçkinin qalibi Xorvat Demokratik Birliyi yeni bir koalisiya hökumətinin qurulmasını istərkən,  müxalifət partiyaları isə erkən seçkiyə gedilməsinə tərəfdardır.

Qeyd edək ki, Xorvatiyada hökumət böhranı Xorvat Demokratik Birliyinin rəhbəri Tomislav Karamarkoya Məclisdə etimadsızlıq göstərilməsi ilə başlayıb.



Әlaqәli Xәbәrlәr