"Ölkǝdǝki silahlı hücumlarının qarşısını ala bilmǝk üçün daha çox cǝhd göstǝrmǝliyik",B.Obama

ABŞ prezidenti Barak Obama DEAŞ-a qarşı mübarizǝni davam etdirǝcǝklǝrini ancaq ölkǝdǝki silahlı hücumlarının qarşısını ala bilmǝk üçün daha çox cǝhd göstǝrmǝlǝrinin vacibliyini vurğulayıb.

512534

Obama viste-prezident Co Bayden ilǝ bazar günü Orlandoda bir gecǝ klubunda törǝdilǝn silahlı hücum nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin ailǝlǝrini ziyarǝt edǝrǝk başsağlığı verib.  

Obama hücumun törǝdildiyi gecǝ klubunun işçilǝrilǝ dǝ görüşüb.

Qurbanların xatirǝsinǝ qoyulan müvǝqqǝti abidǝni dǝ ziyarǝt edǝrǝk gül-çiçǝk düzǝn Obama bütün ölkǝnin bu faciǝdǝn dǝrin tǝsirlǝndiyini deyib.

Terrora qarşı birgǝ hǝrǝkǝt etmǝyǝ çağıran Obama ölkǝsinin DEAŞ-a qarşı mübarizǝni davam etdirǝcǝyini bildirǝrǝk deyib ki, ABŞ torpaqlarında son iki böyük terror aktı ölkǝdǝ böyüyǝn Amerika vǝtǝndaşları tǝrǝfindǝn törǝdilib. Bu şǝxslǝr internet vasitǝsilǝ müǝyyǝn terror tǝşkilatlarından ilham götürürlǝr. Daha sonra isǝ asan şǝkildǝ silah tǝmin edǝrǝk belǝ terror aktları törǝdirlǝr. Bu problem ölkǝdǝ müzakirǝ edilmǝli vǝ daha çox tǝdbir görülmǝlidir.

Bu arada Orlandoda törǝdilǝn terror aktında hǝyatını itirǝnlǝrdǝn Kimberly KJ Morris üçün Orlando yaxınlığındakı Kissimmee şǝhǝrindǝ dǝfn mǝrasimi tǝşkil edilib.

Әlaqәli Xәbәrlәr