51 diplomat Barak Obamanın Suriya  siyasǝtini tǝnqid edib

Ağ Evi Suriya prezidenti Bəşər Əsədlə müharibəyə çağıran idarədaxili sənəd imzalayıb

512805
51 diplomat Barak Obamanın Suriya  siyasǝtini tǝnqid edib

  “The Wall Street Journal”ın mǝlumatına görǝ, sənədə ABŞ Dövlət Departamentində Suriya məsələsi ilə məşğul olan 51 orta və yüksək vəzifəli diplomat imza atıb. Müraciətdə atəşkəs haqqında razılaşmanın pozulması ilə əlaqədar Suriya rejiminin mövqelərinə təcili hərbi zərbələrin endirilməsinə çağırış edilir. Suriya məsələsində prezident Obamanın siyasəti, o cümlədən, münaqişə tərəflərindən hər hansı birinə dəstəkdən imtina edilməsi pislǝnilir. Sənədin müəllifləri Vaşinqtonu müxalifətlə əlaqələri möhkəmləndirməyə çağırırlar.

  ABŞ Dövlət Katibliyinin sözcüsü sənədi aldıqlarını bildirib. Ancaq mövzu ilǝ ǝlaqǝdar açıqlama vermǝyib.

 



Әlaqәli Xәbәrlәr