ABŞ-da ön seçkilər sona çatdı

Amerika Birləşmiş Ştatlarında fevralın 1-də başlayan partiyaların prezidentliyə namizədlərini müəyyənləşdirmə prosesinə təsir edən ön seçkilər demokratların paytaxt Washingtonda dünən həyata keçirdiyi seçkilərlə sona çatdı.

510998
ABŞ-da ön seçkilər sona çatdı


 Demokratlarda Hillary Clinton, respublikaçılarda isə Donald Trump yarışdan qələbə ilə çıxan namizədlər oldular.
 
 Prezidentliyə namizədlik üçün lazım olan  2 min 383 sayı  keçmiş dövlət katibi Hillary Clintona son ön seçkilərdədə də rəqibi Vermont senatoru Bernie Sandersi keçməyi təmin etdi.
 
 Clinton səslərin 78%ini aldığı halda, Sanders 21%-də qaldı.
 
 Sanders Clintonun keçən həftəki uğurundan sonra mübarizəyə davam edəcəyini açıqlamışdı.
 
 Respublikaçılar cəbhəsində  Donald Trump isə daha əvvəl kifayət qədər səs toplayaraq  prezidentliyə namizətliyini təmin etmişdi.
 
 Hər iki partiyada prezidentliyə namizədlərin  dəqiq müəyyənləşdirilməsi iyul ayında keçiriləcək partiya qurultaylarında bəlli olacaq.
 
 Amerikalılar  noyabrın 8-də keçiriləcək seçkilərdə ölkənin 45-ci prezidentini seçəcəklər.



Әlaqәli Xәbәrlәr