BMT ABŞ rəhbərliyini silahlara nəzarətlə əlaqədar ciddi ölçülər götürməyə çağırdı

BMT ABŞ-da silahlara nəzarət mexanizminin zəif olduğu qənaətindədir.

510803
BMT  ABŞ rəhbərliyini silahlara nəzarətlə əlaqədar ciddi ölçülər götürməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatı Amerika Birləşmiş Ştatlarının Florida ştatının Orlando şəhərində homoseksualların toplaşdığı gecə klubuna 49 insanın ölümü ilə nəticələnən silahlı hücumdan sonra Washington rəhbərliyini silahlara nəzarətlə əlaqədar ciddi ölçülər götürməyə çağıdı.


 BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeyd Raad əl-Hüseyn mövzu ilə bağlı verdiyi açıqlamada ABŞ-ın silahlara nəzarət məsələsində gördüyü tədbirlərin qənaətbəxş olmadığını tənqid edərək: "Qarşısı alına bilinən hücum silahlara zəif nəzarətin birbaşa nəticəsidir" dedi.
 
 
 ABŞ-da narkotikdən istifadə edən, psixi pozuntusu olan, və ya ailədaxili zorakılıq kimi cinayətkar keçmişi olan insanların da odlu silahlar ala bildiyinə və silahların cəmiyyəti daha təhlükəsiz etdiyi fikrini müdafiə edən "məsuliyyətsiz təbliğata" diqqət çəkən Zeyd  ABŞ rəhbərlərini vətəndaşlarını qorumaq üçün silahlara nəzarət ölçülərini gücləndirməyə  çağırdı.
 

 



Әlaqәli Xәbәrlәr