Qəddafinin xəncəri ələ keçirilib

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin xəncəri ölümündən 5 il sonra İstanbulda satılarkən ələ keçirilib.

509964
Qəddafinin xəncəri ələ keçirilib

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin xəncəri ölümündən 5 il sonra İstanbulda satılarkən ələ keçirilib.

Qəddafinin sarayından talan edilən, fil dişi, qızıl, zümrüd, brilyant və yaqut daşlarla bəzədilmiş xəncərin Liviyadakı müxalif qruplardan 4.6 milyon dollara satın alındığı bildirilir.

İstanbul Qaçaqmalçılıqla Mübarizə Şöbəsi İdarəsinin əməkdaşları xəncərin Səudiyyə Ərəbistanlı iş adamlarına 10 milyon dollara satılması məlumatı aldıqdan sonra əməliyyat keçirib.

Əməliyyatda xəncəri satmağa çalışan şəxs və daha iki nəfər saxlanılıb.

Qəddafiyə məxsus xəncərin dəyərinin ən azı 2 milyon dollar olduğu müəyyən edilib.



Әlaqәli Xәbәrlәr