Piter Kuk Suriyada aparılan әmәliyyatlarla bağlı mәlumat verib

Amerika Birləşmiş Ştatları Suriya Ərəb Koalisiyanın  Münbiçin şimal-şərqində yerlәşәn vә terror tәşkilatı  DEAŞ-ın nәzarәtindә olan  3 kilometrlik bir hissəni daha nәzarәtinә keçirdiyini  bildirib.

507964
Piter Kuk Suriyada aparılan әmәliyyatlarla bağlı mәlumat verib

Müdafiə Nazirliyinin sözçüsü Piter Kuk  gündəlik mətbuat konfransında  Münbiç şәhәrinin DEAŞ-dan geri alınması üçün aparılan əməliyyatlarla bağlı məlumat verib.

Suriya Ərəb Koalisiyasının şəhərin şimalında  yerlәşәn 3 kilometrlik hissəni daha  DEAŞ-dan geri aldığını, cənubda isə 6 kilometr daha ilerlediğini bildirәn Kuk eyni zamanda   DEAŞ-ın müdafiə  gücünü artırmaq üçün sәy göstәrdiyini qeyd edib.

Kuk  həmçinin son 24 saatda koalisiya qüvvələrinin 12 hava hücumu daha hәyata keçirdiyini  vә   bunlarla bәrabәr  Münbiç əməliyyatlarına dəstək məqsədilə hәyata  keçirilən hava hücumlarının 127-ye çatdığını bildirdi.

ABŞ Mərkəz Qüvvətlər Komandanlığı (CENTCOM)-dan verilәn  yazılı açıqlamada da, ABŞ rəhbərliyindəki beynəlxalq qüvvәlәrin  dünən Suriya və İraqda döyüş  və pilotsuz  tәyyarәlәr ilә  DEAŞ-ın  mövqelәrinә 34 avia zәrbәnin endirildiyi qeyd olunub.

 Açıqlamada terror tәşkilatına mәxsusu mövqelәrin  vurularaq mәhv edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr