CENTCOM DEAŞ-ın mövqelǝrinǝ ağır zǝrbǝlǝr endirib

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM)  Suriyanın  şimalında yerlǝşǝn  Münbiç şǝhǝrindǝki DEAŞ mövqelǝrinǝ  8 avia zǝrbǝ endirib.

506973
CENTCOM  DEAŞ-ın mövqelǝrinǝ ağır zǝrbǝlǝr endirib

CENTCOM-dan verilǝn  yazılı  açıqlamada, ABŞ rǝhbǝrliyindǝki beynǝlxalq qüvvǝlǝrin dünǝn  Suriya vǝ İraqda DEAŞ-ın mövqelǝrinǝ  25 avia zǝrbǝ  endirdiyi qeyd olunub.

Suriyaya tәşkil edilәn  10  avia zәrbәnin  8-nin  ölkǝnin şimalında yerlǝşǝn Münbiçin  DEAŞ-dan azad edilmǝsi  mǝqsǝdilǝ hǝyata keçirildiyi  bildirilib.

 Digǝr  iki hücumun isǝ Rakkaya tǝşkil edildiyi qeyd olunub.

  Açıqlamada  hәmçinin İraqda hökumǝtin dǝstǝyi ilǝ 15 avia hücumun hǝyata keçirildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr