Şimali Koreya nüvə fəaliyyətlərini davam etdirəcək

Şimali Koreyanın Xarici İşlər naziri Ri Su-yong ABŞ-ın reaksiyasına baxmayaraq, daha geniş və müasir nüvə silah istehsalına davam edəcəklərini açıqlayıb.

506270
Şimali Koreya nüvə fəaliyyətlərini davam etdirəcək

Şimali Koreyanın Xarici İşlər naziri Ri Su-yong ABŞ-ın reaksiyasına baxmayaraq, daha geniş və müasir nüvə silah istehsalına davam edəcəklərini açıqlayıb.

 Eyni zamanda Kommunist Partiyanın yüksǝk səviyyəli səlahiyyətlilərindən olan Ri Çinǝ səfərindǝn sonra verdiyi açıqlamada ölkəsinin nüvə  silahların istehsalatını dayandırmadan davam etdirǝcǝyini söylǝyib.

 Ölkənin rəsmi yayım orqanı Rodong Sinmun qəzetində yer alan məqalədə də Pxenyanın nüvə fəaliyyətlərini dayandırmadan davam etdirǝcǝyi bildirilib. “Tǝcavüzkar qüvvǝlǝr nüvǝ silahla hücum etmədiyi müddətdə Şimali Koreya bu silahlardan istifadə etməyǝcǝyinǝ dair söz verir"-iddiası irǝli sürülüb.

 Vaşinqtonun xarici siyasətinin da tənqid edildiyi məqalədə ABŞ-ın "özünün axırını hazırladığı" bildirilib.

 ABŞ Dövlət katibi Con Kerri srağa gün keçirilən Çin-ABŞ Strateji və İqtisadi Dialoq yığıncaqlarında Vaşinqton və Pekinin Pxenyanın nüvə silahı istehsal etmə məqsədlərinə qarşı sanksiyaları davam etdirmǝkdǝ qǝtiyyǝtli olduğunu bildirmişdi.

 Kerri Şimali Koreyanı nüvə silah sahibi bir millət kimi qəbul etməyəcəklərini demişdi.

 Şimali Koreya lideri Kim Jong ötən ay BMT-nin sanksiya qərarlarından sonra verdiyi açıqlamasında ölkəsini "ağıllı nüvə silah sahibi bir millət" olaraq adlandırmışdı.



Әlaqәli Xәbәrlәr