Fosfor bombasının atılması nətıcəsində 2 uşaq həyatını itirib

Suriyada Hələb və İdlibə fosfor bombalarının atılması nəticəsində 2 uşaq həyatını itirib.

506206
Fosfor bombasının atılması nətıcəsində 2 uşaq həyatını itirib
peşhabur sınır kapısı.jpg
bm suriye yardım.jpg

Suriyada Hələb və İdlibə fosfor bombalarının atılması nəticəsində 2 uşaq həyatını itirib.

Müxaliflərin nəzarətində olan məntəqələr də bombalanıb, çoxlu sayda yaralı var. Bəzi yerlərdə yanğınlar baş verib.

Bu arada, Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin sözçüsü Stefan Dujarric Suriya rejiminin Derayaya  yardım etmək üçün icazə verdiyini bildirib.

Dujarric jurnalistlərə açıqlamasinda deyib ki, hələ iynun 5-də yazılı olaraq Suriya Xarici İşlər Nazirliyinə müraciət edilərək, Deraya, Duma və Mudamiye və  Xüms rayonunun El-Vaer qəsəbələrinə havadan humanitar yardım çatdırılması üçün icazə istənilmişdi.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Mark Toner isə keçirdiyi mətbuat konfransında Suriya ordusunun mühasirəsində olan ərazilərə humanitar yardımların çatdırılmasında ciddi problemlərin olduğunu deyib.

 Ağ Ev Sözçüsü Coş Ernest də mətbuat konfransında  qeyd edib ki, Əsəd qüvvələri mühasirə altında saxladığı ərazilərə humanitar yardımların çatdırılmasına mane olur.

Kürd Regional Rəhbərliyi isə Suriyanın şimalında Peşhabur Sərhəd Qapısının təkcə qida ehtiyacları və dərmanların göndərilməsi şərtilə müvəqqəti açılacağını bildirib.



Әlaqәli Xәbәrlәr