Selin Fransaya vurduğu zərərin məbləği 2 milyard avrodur

Fransada  bir həftədir davam edən şiddətli yağışların səbəb olduğu selin ölkəyə  vurduğu zərər 2 milyard avrodur.

505155
Selin Fransaya vurduğu zərərin məbləği 2 milyard avrodur

 Fransanın ən iri sığorta şirkəti MAIF ölkənin xüsusilə, daxili bölgələrinə və paytaxt Parisə təsir edən selin verdiyi zərərin məbləğinin 2 milyard avroya çatacağını qeyd etdi. 
 Ölkənin Baş naziri Manuel Valls Daxili İşlər Nazirliyində məsələ ilə əlaqədar keçirilən iclasda fəlakətdən əziyyət çəkənlərin zərərlərinin ödənilməsi üçün təcili olaraq on milyonlarla avroluq  fond yaradılacağı barədə məlumat verdi.
 Fransada 14 bölgədə həyəcan hələ də "narıncı" səviyyədədir.
 Meteoroloqlar qarşıdakı günlərdə də yağışların yağa biləcəyini, lakin onların hələ ki sel riski daşımadığını bildirirlər.
 Sena çayı boyunca yolların bağlanması nəticəsində son bir həftədir Parisdə nəqliyyatlaırın hərəkətində tıxac problemi vardır.
  Çay kənarındakı yolların demək olar ki, hamısı sualtında qalıb.
  Çay kənarında olan şəhərətrafı dəmiryolu xəttinin bəzi stansiyaları və metro stansiyaları da daşqın təhlükəsi ilə əlqaqədar bağlanmışdı.
  Çayda tura çıxmaq qadağan olunub. Özəl qayıqların hərəkətinə də icazə verilmir.
 Sel riski ilə əlaqədar  həftə sonu bağlanan  məşhur Louvre Muzeyi Çərşənbə gününə qədər bağlı olacaq.
  Orsay Muzeyi isə bu gün açıldı.
  Baş nazir Valls həftə sonu verdiyi açıqlamada şiddətli yağışların gətirdiyi sel nəticəsində ölkədə bu ana qədər 4 insanın həyatını itirdiyini, 24 insanın yaralandığını bildirmişdi.
 Qeyd edək ki, Fransada 1910-cu ildə Sena çayı daşmış və suyun səviyyəsi bəzi yerlərdə 8 metrə qədər çıxmışdı.
  Ölkə tarixinin ən mühüm daşqını kimi tanınan fəlakət nəticəsində Parisdə 20 min ev su altında qalmış, şəhərətrafı qəsəbələrdə isə 30 min ev seldən zərər görmüşdü. Deputatlar Sena Çayı sahilində yerləşən Milli Məclisə qayıqla getmək məcburiyyətində qalmışdılar. Şəhərdə həyat ancaq 45 gün sonra normallaşmışdı.



Әlaqәli Xәbәrlәr