Minlərlə türk Berlində bir araya gələrək saxta iddiaları pislədi

Almaniya Federal Məclisində sabah səsverməyə çıxarılacaq qondarma "erməni soyqırımı" layihəsinə etiraz etmək istəyən minlərlə türk paytaxt Berlində bir araya gəlib

501829
Minlərlə türk Berlində bir araya gələrək saxta iddiaları pislədi

Almaniya Federal Məclisində sabah səsverməyə çıxarılacaq qondarma "erməni soyqırımı" layihəsinə etiraz etmək istəyən minlərlə türk paytaxt Berlində bir araya gəlib.
 Berlin Türk Camaatı (TGB), Avropalı Türk Demokratlar Birliyi (UETD), Avropa Atatürkçü Düşüncə Dərnəkləri, DİTİB Berlin Əyalət Dərnəyinin də daxil olduğu 20 qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan aksiyaya Hamburq, Hannover, Frankfurt, Köln kimi Almaniyanın digər şəhərləri ilə yanaşı, Brüssel və Türkiyədən də çoxlu sayda türk vətəndaşı qatılıb.
İştirakçılar "Bundestaq səlahiyyətli deyil. Parlamentlər məhkəmə deyil, deputat hakim deyil" və "Avropa İnsan Haqları Məhkəməsinin qərarına hörmətə dəvət edirik" kimi şüarlar səsləndiriblər.
 Berlin Türk Camaatı (TGB) dərnəyinin sədri Bekir Yılmaz bildirib ki, aksiyaya müxtəlif təbəqələri əhatə edən əhəmiyyətli bir kontingent dəstək verir. Onun sözlərinə görə, Almanyada yaşayan türklər uzun illərdir alman cəmiyyətinin bir parçası olmasına baxmayaraq əsassız olaraq bu kimi müzakirələrlə incidilirlər. Tarixin təhrif olunaraq ondan siyasi alət kimi istifadə olunması alman cəmiyyətinə olan inamı sarsıda bilər.
 Berlin Atatürkçü Düşüncə Dərnəyinin (ED) sədri Olcay Başeymez də də saxta soyqırım qərarının Almaniyadakı türk cəmiyyətinə təsiri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Berlinde türklər axşam saatlarında yürüş edəcəklər.
 Federal Məclisdə səsverməyə çıxarılacaq iddialarına türklər "birlik" yürüşü ilə cavab verəcəklər.
 Aksiya iştirakçıları əvvəlcə tarixi Brandenburq darvazası önündə toplaşacaq, sonra yürüş həyata keçirəcəklər.
 Türkiyə saatı ilə 19.00-da başlayacaq yürüşdə 10 minə yaxın insanın iştirak edəcəyi gözlənilir.
 Tədbirə Türkiyədən bəzi sənətçilər və futbolçular da qatılacaqlar.
 Bu arada, Türk-Alman Həmrəylik Platforması da yazılı bəyanatla Almaniya hökumətini xəbərdarlıq edib.
 Bəyanatda saxta qərar layihəsi rədd edilir və pislənilir.



Әlaqәli Xәbәrlәr