NATO Polşada hǝrbi gücünü artırır

NATO-nun Baş katibi Yens Stoltenberq Polşada prezident Andrey Duda ilǝ görüşüb.

500729
NATO Polşada hǝrbi gücünü artırır

NATO-nun Baş katibi Yens Stoltenberq Polşada prezident Andrey Duda ilǝ görüşüb.

Görüşdən sonra açıqlama verən Baş katib Polşanın paytaxtı Varşavada 8-9 iyul tarixlərində keçiriləcək NATO sammitindən sonra təşkilatın bölgədəki müdafiə və çəkindirici gücünü artıracağını bildirib.

 Stoltenberq Varşova sammitindən sonra Polşaya qarşı hər hansı hücumun NATO-ya qarşı bir hücum sayılacağını göstərmək mǝqsǝdi ilǝ Polşada daha çox NATO  gücünün yerlǝşdirilǝcǝyini vurğulayıb.

 Stoltenberq Polşa, Baltik ölkələri və regiondakı digər ölkələrdə yeni NATO hərbçilərinin yerləşdiriləcəyini dǝ bildirib.

 Bölgədǝ yerlǝşdirilǝcǝk əsgər sayının hələ dəqiqləşmədiyini bildirən Stoltenberq fərqli ölkələrdən hərbi hissələrin növbǝ ilǝ bölgədə olacağını deyib.

 Bölgədə artırılacaq NATO gücünə ABŞ da zirehli  texnika ilǝ dǝstǝk verǝcǝk.



Әlaqәli Xәbәrlәr