Avropa İttifaqı ilǝ Kuba arasındakı ǝlaqǝlǝr inkişaf edir

Avropa İttifaqı ilǝ Kuba arasında ǝlaqǝlǝrin güclǝndirilmǝsi mǝqsǝdilǝ yeni addımlar atılır.

500745
Avropa İttifaqı ilǝ Kuba arasındakı ǝlaqǝlǝr inkişaf edir

Avropa İttifaqı ilǝ Kuba arasında ǝlaqǝlǝrin güclǝndirilmǝsi mǝqsǝdilǝ yeni addımlar atılır.

Hǝmin çǝrçivǝdǝ Belçikanın Xarici işlǝr naziri  Didye Reyndırs Kubada görüşlǝr keçirir.

Reyndırsın paytaxt Havanada hǝmkarı Rodrigez Pariya ilǝ keçirdiyi görüşdǝ iki ölkǝnin nümayǝndǝ heyǝtlǝri dǝ qatılıb.

Nazirlǝr görüşdǝn sonra açıqlama verǝrǝk ölkǝlǝri arasında güclü ǝmǝkdaşlıq potensiyalının olduğunu vurğulayıblar.

Belçikananın Xarici işlǝr naziri Reyndırs Havanada İnqilab meydanında tǝşkil edilǝn mǝrasimǝ dǝ qatılıb vǝ ölkǝnin müstǝqillik qǝhrǝmanı Jose Martinin abidǝsinǝ ǝklil qoyub.

Nazirin üç günlük sǝfǝri zamanı qarşılıqlı ǝlaqǝlǝrin normallaşdırılması mǝqsǝdi ilǝ atılacaq addımlar müzakirǝ edilǝcǝk.

Qeyd edǝk ki, Avropa İttifaqı ilǝ Kuba arasında ǝlaqǝlǝri inkişaf etdirmǝk mǝqsǝdi ilǝ mart ayında saziş imzalanmışdı.

Avropa İttifaqı bu ölkǝ ilǝ iqtisadi ǝmǝkdaşlığı inkişaf etdirǝcǝyinǝ vǝ müxtǝlif sahǝlǝrdǝ kömǝklik göstǝrǝcǝyinǝ vǝd verib.



Әlaqәli Xәbәrlәr