16 yaşında gənc qızın məruz qaldığı cinsi təcavüz dünyanı silkələdi.

Braziliyada 16 yaşında gənc qızın məruz qaldığı cinsi təcavüz bütün ölkəni ayağa qaldırdı.

499165
16 yaşında gənc qızın məruz qaldığı cinsi təcavüz dünyanı silkələdi.

Təcavüzkarların dəhşətli hadisəni video lentə çəkərək sosial mediada yaymaları xalqı hidddətləndirdi.

 Rio de Janeiroda küçəyə tökülən yüzlərlə braziliyalı baş verənlərə etiraz bağırtıları ilə reaksiya verdi.
 
 Gecə boyu davam edən aksiyalarda bu vəhşiliyin səbəbkarlarının tezliklə tutulması tələb olundu.
 
 Braziliyalı qadınlar hər növ kişi zorakılığına qarşı cəzaların sərtləşdirilməsini tələb etdilər.
 
 Hökumət rəsmiləri də hadisənin cinayətkarlarının tutulması üçün bütün orqanların həyəcan vəziyyətə keçdiyini açıqladı.
 
 Gənc qızın Rio de Janeironun qərbindəki yoxsul məhəllələrdən birində dostunun evində hücuma məruz qaldığı bildirilir.
 
 Qızın dostu daxil olmaqla, hadisədə şübhəli bilinənlər tutularaq, barələrində cinayət işi açıldı.



Әlaqәli Xәbәrlәr