Falucanın 19 bölgәsi İraq ordusunun nәzarәtinә keçib

Iraqın  Faluca şәhәrenin terror təşkilatı DEAŞ-dan azad edilməsi məqsədilə üç gündür  әmәliyyat hәyata keçirir. Davam edən əməliyyatlar  nәticәsindә 19 bölgә İraq ordusunun nәzarәtinә keçib.

497788

 İraq dövlәt televiziyasının daxili işlәr vә müdafiә nazirliklәrinә istinadәn yaydığı xәbәrdә ordu, terrorla mübarizə qüvvələri, polis, Haşdu Şabi  və tayfalardan ibarət olan birgə qüvvələrin Falucanın  DEAŞ-dan azad edilməsi məqsədilə müxtəlif bölgələrdə əməliyyatlar  hәyata keçirdiyi qeyd olunub.

Xәbәrdә  әmәliyyatlar çәrçivәsindә Falucanın  qərbi ilə әl-Kermenin cənubunda yerləşən  Es-Subeyhat, әl-Heşabi, әl-Lifiyye, Mahazin әl-Kerame, әl-Buude, Cəmilə, әl-Buhadid, ən-Nasir ilə sement, şəkər, zeytun və şampun zavodlarının  olduğu bölgәlәrin  İraq ordu qüvvәlәrinin nәzarәtinә keçdiyi bildirilir.

  Həmçinin Falucanın  şərqindә yerlәşәn  Kerme Bələdiyyə Məclisi, Nayid Ulya, әl-Luheyb, es-Sahva, әl-Buayid, әl-Harariyyet ilə şimalındakı es-Secer və әl-Buşcel keçid nöqtəsində  dә ordu nәzarәti әlә keçirib.

Әlaqәli Xәbәrlәr