Venesuellada iqtisadi böhran getdikcə dərinləşir

Venesuellada neft qiymətlərinin düşməsi səbəbi ilə başlayan iqtisadi böhran getdikcə daha da dərinləşir.

496432
Venesuellada iqtisadi böhran getdikcə  dərinləşir

Ölkədə dövlət sektorunda çalışanlar qənaət məqsədi ilə həftədə yalnız iki gün işə gedir.

Enerji böhranı yaşanan ölkədə bəzi bölgələrə gün ərzində  yalnız 4 saat elektrik verilir.

Alınan bütün tədbirlərə baxmayaraq ölkədəki iqtisadi böhran davam edir.

Ölkədə yoxsulluq və aclıq hər gün daha da artır.

Digər tərəfdən artan inflyasiya ilə bərabər ölkədə bir hamburgerin qiyməti 170 dollara yüksəlib.

Ölkədəki iqtisadi böhran, hökumət ilə müxalifət arasındakı siyasi böhrana da təsir edib.

Ötən həftə Dövlət Başçısı Nicolas Maduro, ölkədəki fövqəladə vəziyyətin daha 60 gün davam etməsini nəzərdə tutan fərman imzalamışdı.

Buna qarşı çıxan müxalifət, Maduronun iqtidardan getməsini istəyir.

Bu arada Argentina ilə Braziliya, Venesuelada yaşanan siyasi böhranın həlli üçün vasitəçilik etmə qərarı verib.



Әlaqәli Xәbәrlәr