İran, Hindistan vǝ Әfqanıstan arasında üçtǝrǝfli razılaşma

Əldə edilən razılaşma əsasında Hindistan istehsalı olan mallar Əfqanıstana, bu ölkə isə İran limanı vasitəsilə Hindistana mal göndərə biləcək.

496960
İran, Hindistan vǝ Әfqanıstan arasında üçtǝrǝfli razılaşma

İranın cǝnub-şǝrqindǝki Çabahar limanından Әfqanıstan vǝ Orta Asiyaya uzanan tranzit nǝqliyyatda istifadǝ edilǝcǝk quru vǝ dǝmir yol sahǝsindǝ sǝrmayǝ qoyuluşlarını ǝhatǝ edǝcǝk razılışmanı iki ölkǝ ilǝ yanaşı Hindistan da imzalayıb.

Məlumata görə, imzalanma mərasimində İran prezidenti Həsən Ruhani, Əfqanıstan prezidenti Əşrəf Qəni və Hindistanın baş naziri Narendra Modi iştirak ediblər.

İmza mǝrasimindǝn sonra keçirilǝn ortaq mǝtbuat konfransında çıxış edǝn Hǝsǝn Ruhani deyib ki, bugün üç ölkǝ üçün önǝmli vǝ tarixi bir gündür. Çabahar yolu ilǝ Hindistanı, Әfqanıstan, Orta Asiya vǝ Qafqaz bölgǝsi ölkǝlǝri bir-birinǝ bağlanacaq. Razılaşma mǝtni sadǝcǝ iqtisadi bir razılaşma deyil, bölgǝnin inkişafı üçün istifadǝyǝ verilǝn siyasi bir mǝtndir.

Hindistanın baş naziri Modi dǝ üç ölkǝnin tǝhlükǝsiz nǝqliyyatının tǝmin edilmǝsi  hǝdǝfi ilǝ bir araya gǝldiklǝrini bildirib.

Əldə edilən razılaşma əsasında Hindistan istehsalı olan mallar Əfqanıstana, bu ölkə isə İran limanı vasitəsilə Hindistana mal göndərə biləcək.

Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qəni və Hindistanın baş naziri Narendra Modi İran rəsmiləri ilə ikitərəfli görüşlər də keçiriblər. İranla Hindistan arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb. 



Әlaqәli Xәbәrlәr