PKK-ya qarşı әmәliyyatlar qәtiyyәtlә davam edir
Türk Silahlı Qüvvәlәrinin İraqın şimalında yerlәşәn Metina bölgәsinә tәşkil etdiyi hava hәrәkatı nәticәsindә terror tәşkilatının mövqelәri mәhv edilib.
496127
Hәrbi mәnbәlәrin verdiyi mәlumata görә, Metina bölgәsindә terrorçuların mövqelәrini müәyyәn edәn döyüş tәyyarәlәri gecә saatlarında hava hәrәkatı tәşkil edilib. Әmәliyyatlar nәticәsindә terror tәşkilatına aid silah-sursatın vә mağaraların mәhv edildiyi bildirilib.
Bu arada separatçı terror təşkilatı PKK-ya qarşı ölkә daxilindә dә әmәliyyatlar hәyata keçirilir.
Əməliyyatlar nәticәsindә Hakkarinin Yüksekova və Şemdinli qәsәbәlәrindә terror təşkilatı PKK-ya aid 5 milyon qutu siqaret ələ keçirilib. Əməliyyat zamanı bir terrorçu zərərsizləşdirilib.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.